Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sovetlər dönəmində belə bir lətifə vardı. Xruşşov iclasda çıxış edərkən deyir:
- Səksəninci ildə Amerikaya çatacağıq və onu ötəcəyik.
Yerdən bir nəfər qalxıb deyir:
- Nikita Sergeyeviç, Amerikaya çataq, amma ötməyək.
- Niyə?
- Ötsək, şalvarımızın yamağı görünəcək.
Yevlax-Bakı magistral yoluna o qədər yamaq vurublar ki, Sovet hökumətinin yamaqlı şalvarı onun yanında toya getməlidi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.