AZ

Trampın adamları təcili Moskvaya gedəcək – Nə baş verir?

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner yaxın həftələrdə Moskvaya səfər edə bilər.

KONKRET.az xəbər verir ki, məlumat “Komsomolskaya Pravda” saytında Uşakova istinadən dərc olunub.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

Daha əvvəl mediada Stiv Uitkoffun Rusiyaya mümkün səfəri barədə xəbərlər yayılmışdı.

Rusiya prezidentinin investisiya məsələləri üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də onun yaxın vaxtlarda Moskvaya getmək niyyətində olduğunu bildirmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr