AZ

Bloomberg: NATO Hörmüz boğazında gəmilərin müşayiət olunmasını müzakirə edir

“Bloomberg” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, NATO daxilində alyansın hərbi gəmilərinin Hörmüz boğazında kommersiya gəmələrinin müşayiəti proqramında mümkün iştirakı müzakirə olunur. Əgər su dəhlizi iyulun əvvəlinədək açılmasa, qərar qəbul edilə bilər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, “ideya NATO-nun bir neçə üzvü tərəfindən dəstəklənir, lakin hələlik lazımi yekdil təsdiqi almayıb”. Məqalədə qeyd olunur ki, İran son vaxtlar boğazdakı gəmilərə atəş açılmasını intensivləşdirib. NATO-nun belə əməliyyatda iştirakı barədə qərar isə “müharibəyə doğru atılmış addım” kimi qiymətləndirilir.

İndiyədək alyans üzvləri ardıcıl olaraq müdaxilə etməmək mövqeyini qoruyub və yalnız münaqişənin nizamlanması səyləri çərçivəsində iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

“Bloomberg” mənbələri bildirir ki, Hindistan hakimiyyəti hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olan və İran hücumlarına məruz qalmaqda davam edən Hörmüz boğazının blokadasını “yarmağa” cəhd edə bilər. İddia olunur ki, Hindistan hökuməti artıq ənənəvi Yaxın Şərq təchizatçılarından enerji daşıyıcılarının alınması planını tam razılaşdırıb və gəmi sahibləri yalnız hakimiyyətin yekun qərarını gözləyirlər.

Seçilən
9
banker.az

1Mənbələr