AZ

“Bu günərazilər azad olunub və həmin insanlar öz evlərinə qayıdırlar”

“Mənsubluq hissi insanlar üçün çox önəmlidir. Əgər yaşadığım və bağlı olduğum məkan dəyişdirilirsə və ya yenidən planlaşdırılırsa, mən də həmin prosesin aktiv iştirakçısı olmaq istəyərəm. İnsanlar anladıqları şeyi dəstəkləyir, şəxsi bağlılıq hiss etdikləri məkanları qoruyur və yalnız səslərinin eşidildiyini bildikdə töhfə verməyə çalışırlar. Çünki kommunikasiya insanlarda sahiblik hissi yaradır.”
SİA xəbər verir ki, bu sözləri “Mənzil və şəhər dayanıqlılığı mövzusunda ictimai müzakirələrin aparıcı qüvvəsi kimi media” panel sessiyasında Şəfəq Mehralıyeva bildirib.

Onun sözlərinə görə, bu səbəbdən kommunikasiya şəhər siyasəti və planlaşdırmasının sadəcə əlavə elementi deyil, şəhər dayanıqlılığının əsas dayaqlarından biridir.

Parlament üzvü R. Nəbiyevin çıxışı və izlədiyimiz film mənə Qarabağın yenidən qurulması və məcburi köçkünlərin geri qayıdışı məsələsini xatırlatdı. Bu, Azərbaycan üçün olduqca xüsusi və həssas bir nümunədir. Düşünürəm ki, beynəlxalq qonaqların Azərbaycandan götürə biləcəyi ən mühüm təcrübələrdən biri də məhz budur.

Təsəvvür edin ki, təxminən bir milyon insan 30 ilə yaxın müddətdə doğma yurdlarından didərgin düşmüşdü. Bu gün isə ərazilər azad olunub və həmin insanlar öz evlərinə qayıdırlar. Hər birinin fərqli çətinlikləri, xatirələri və gözləntiləri var”.

Müəllif: Günay Hacıyeva
Seçilən
24
1
sia.az

2Mənbələr