AZ

Kremldən Litva XİN başçısının Kalininqrada hücumla bağlı dediklərinə REAKSİYA

ain.az, Ayna portalına istinadən məlumat verir.

Dmitri Peskov: “Litva XİN-in Kalininqrad sərhədinə hücumla bağlı açıqlamaları dəlilikdir”

“Litvanın xarici işlər naziri Kestutis Budrisin NATO-nun Kalininqrad sərhədinə hücum edə biləcək qüvvələrə malik olması ilə bağlı açıqlamaları dəlilikdir”. AYNa.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi bildirib ki, "bu açıqlama dəlilik həddinə çatmaqdır".

Qeyd edək ki, mayın 19-da Budris bildirib ki, NATO "ruslara göstərməlidir" ki, öz qüvvələri Kalininqrad bölgəsinə soxulmağa qadirdir. O iddia edib ki, hərbi blokun lazım gələrsə, Rusiyanın hava hücumundan müdafiə bazalarını və raket sistemlərini məhv etmək üçün vasitələri var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
ayna.az

1Mənbələr