Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şəhər dayanıqlılığı və mənzil məsələlərinin müasir cəmiyyətlərin gələcəyini formalaşdıran əsas istiqamətlərdən biri olduğu bildirilib.
SİA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov WUF13 çərçivəsində keçirilən “Yaşayış və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin formalaşmasında medianın rolu” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, sürətli urbanizasiya, ekoloji risklər, iqlim dəyişiklikləri və sosial dəyişikliklər davamlı şəhər siyasətləri ilə yanaşı, güclü ictimai iştirakçılıq və açıq dialoq tələb edir.
Rasim Bağırov bildirib ki, müasir dövrdə media artıq təkcə informasiya ötürən vasitə deyil, eyni zamanda ictimai şüurun formalaşdırılmasında və dövlət-cəmiyyət əlaqələrinin gücləndirilməsində əsas platformaya çevrilib.
Onun sözlərinə görə, şəhərsalma və sosial məsələlərlə bağlı informasiyanın düzgün çatdırılması ictimai etimadın formalaşmasına birbaşa təsir göstərir.
O vurğulayıb ki, dayanıqlı şəhər inkişafı yalnız infrastruktur və investisiya ilə deyil, həm də məlumatlı cəmiyyət və konstruktiv əməkdaşlıqla mümkündür.
Rasim Bağırov əlavə edib ki, media hökumət, vətəndaş cəmiyyəti və yerli icmalar arasında əlaqələndirici körpü rolunu oynayır və bu, inklüziv şəhər mühitinin formalaşmasına xidmət edir.
O, 2021-ci ilin yanvarında Prezident İlham Əliyev tərəfindən imzalanmış media islahatları ilə bağlı fərmanın bu sahəyə verilən əhəmiyyətin göstəricisi olduğunu bildirib.
Sonda qeyd olunub ki, mənzil və sosial inkişaf məsələlərində medianın rolu xüsusilə önəmlidir, çünki bu sahə birbaşa insanların həyat keyfiyyəti və sosial rifahı ilə bağlıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.