AZ

Trampla Netanyahu arasında “uzun və dramatik” telefon danışığı

ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu 20 may gecəsi "uzun və dramatik" telefon danışığı aparıblar.

Publika.az xəbər verir ki, bu barədə N12 məlumat yayıb.

Telekanalın məlumatına görə, söhbət İrana qarşı Amerika-İsrail hərbi kampaniyasının mümkün bərpası ilə bağlı xəbərlər fonunda qərar qəbul etmək ərəfəsində baş tutub.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İsrailin İrana yenidən hücum edəcəyi təqdirdə müharibəni Yaxın Şərqdən kənara çıxaracağı ilə hədələmişdi.

İİKK əlavə etmişdi ki, İran xalqı döyüş meydanında gücünü nümayiş etdirməyə hazırdır.

Seçilən
5
publika.az

1Mənbələr