AZ

Liviya nümayəndəsi: Bakı forumu şəhərlərin dayanıqlı inkişafında beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 may, AZƏRTAC

Bakı forumu dayanıqlı şəhər inkişafında daha güclü beynəlxalq əməkdaşlığa töhf\ verir.

Bu barədə Liviyada bələdiyyələri və nazirlikləri dəstəkləyən “Mosanada” layihəsinin rəhbərinin müavini Cəlal Əbrəz AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, “Mosanada” layihəsi Liviya bələdiyyələrinə və dövlət qurumlarına idarəetmənin səmərəliliyini artırmaq və dövlət idarəetmə sistemlərini inkişaf etdirməkdə dəstək olmağı hədəfləyir.

Agentliyin həmsöhbətinin məlumatına görə, bu cür genişmiqyaslı beynəlxalq forumların keçirilməsi qlobal davamlı inkişaf gündəliyinin formalaşmasında mühüm rol oynayır, həmçinin Afrika ölkələrini birləşdirməyə və bu sahədə ortaq yanaşmanın inkişafına kömək edir. O, Bakı forumunun iştirak etdiyi ən böyük tədbirlərdən biri olduğunu vurğulayıb.

Liviya nümayəndəsi müsahibənin sonunda Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və ölkəmizin təşkilatçılıq səviyyəsini, təmizliyini və ümumi inkişafını yüksək qiymətləndirib. O, tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara minnətdarlığını bildirib.

Müxbir – Tamilla Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr