AZ

İTV-nin yeni baş direktorunun seçiləcəyi tarix məlum oldu

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun seçiləcəyi tarixi məlum olub.

Publika.az "Yeni Sabah"a istinadla xəbər verir ki, seçki mayın 25-də keçiriləcək.

Yeni sədr Yayım Şurasının iclasında səsvermə yolu ilə müəyyənləşəcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri akademik Teymur Kərimlidir.

Şurada Həsən Cəfərov, Azər Əliyev, Azər Həsrət, Vüqar Zeynalov, Salman Musayev, Sevil Yusifova, Həcərxanım Babayeva və Rəşad Rəsullu təmsil olunurlar. İTV-nin yeni baş direktorunu adları çəkilən şəxslər seçəcəklər.

Seçilən
24
4
publika.az

10Mənbələr