AZ

Paralimpiyaçı memar: İdman əlçatan şəhərlərin qurulmasına yol açır

İdman insanların potensialını reallaşdırmasına və daha əlçatan şəhər mühitinin formalaşmasına güclü təkan verir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada videobağlantı vasitəsilə çıxış edən paralimpiya üzgüçüsü və memar İleana Rodriqes deyib.

Kubada doğulduğunu və 15 yaşında ABŞ-yə köçdüyünü bildirən İleana Rodriqes qeyd edib ki, idman onun həyatını dəyişib. Onun sözlərinə görə, məhz üzgüçülük sayəsində fiziki məhdudiyyətlərin arzulara mane olmadığını anlayıb.

İleana Rodriqes vurğulayıb ki, əlçatan şəhər mühiti insanların öz potensialını tam reallaşdırması üçün əsas şərtlərdən biridir.

O, Perunun paytaxtı Limanı uğurlu nümunə kimi göstərərək bildirib ki, şəhər əvvəlcə inklüziv idman siyasəti formalaşdırıb, daha sonra həmin siyasətə uyğun idman obyektləri tikib. Bu obyektlər beynəlxalq yarışlardan sonra da şəhər sakinlərinin istifadəsində qalıb.

Rodriqesin sözlərinə görə, idman təkcə yarışlar üçün deyil, uzunmüddətli sosial dəyişikliklər və inklüziv şəhər siyasəti üçün mühüm alətdir.

Seçilən
17
apa.az

1Mənbələr