Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Missiya.Az bununla bağlı President.az-a istinadən xəbər verir.Sərəncama əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilirlər:Bayramov Elnur Üzeyir oğluBayramov Rasim Əhməd oğluƏzizov Əziz Məhəmməd oğluHəsənov Ramiz Qaroğlan oğluQurbanov Azər Tengiz oğluMusayeva Şəhla Ziyəddin qızıOsmanov Çingiz Məsim oğluŞirinov Namiq Paşa oğluŞirinova Mehriban Ramiz qızı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta