AZ

İrana hücum təkrarlanarsa, müharibə regionun hüdudlarını aşacaq – SEPAH

İrana qarşı hücum təkrarlandığı halda, müharibə regionun hüdudlarını kənara keçəcək.

Trend xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanata əsasən, qarşı tərəflər İrana qarşı yenidən güc və hədə dili ilə danışmağa başlayıblar. İrana dünyanın ən çox xərcləri olan iki ordusu hücum etsə də, İran bütün imkanlarını səfərbər etməyib.

Bəyanatda bildirilir ki, lakin bu müharibə təkrarlandığı halda, İranın zərbələri təsəvvür olunmaz formada olacaq.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr