AZ

Haris Piplas: Zəngilanda icra olunan bərpa işləri və “ağıllı kənd” layihələri ilə yaxından tanış oldum

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanda, Bakıda olmaqdan böyük məmnunluq duyuram. Bu, mənim Bakıya üçüncü səfərimdir. Bu baxımdan, Bakını, onun şəhər memarlığını və landşaft dizaynı layihələrini daha yaxından tanımaq fürsətim olub.

Bunu AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı İsveçrə Federal Texnologiya İnstitutunun nümayəndəsi, “Drees & Sommer" şirkətinin departament direktoru Haris Piplas deyib.

O, Zəngilan da daxil olmaqla, Azərbaycanın digər bölgələrinə səfər etməsindən məmnun olduğunu vurğulayıb. Bildirib ki, həmin ərazilərdə icra olunan bərpa, yenidənqurma və dirçəliş layihələri, həmçinin “ağıllı kənd” konsepsiyası çərçivəsində görülən işlərlə yaxından tanış olub. Qonaq bu layihələrin İsveçrə tərəfdaşları ilə birgə reallaşdırıldığını da diqqətə çatdırıb.

Seçilən
16
2
azertag.az

3Mənbələr