AZ

Qalatasaray Fransa millisinin üzvünü istəyir

Fanat saytına istinadən ain.az xəbər verir.

"Qalatasaray" heyətini Fransa millisinin üzvü ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Yağız Sabuncuoğlu yayıb.

Məlumata görə, İstanbul nəhəngi "Real Madrid"in yarımmüdafiəçisi Eduardu Kamavinqanı rənglərinə bağlamaq istəyir. Mənbə "sarı-qırmızılar"ın İspaniya nəhənginə hələ rəsmi təklif göndərmədiyini, lakin yaxın vaxtlarda madridlilərin qapısını döyməyə hazırlaşdığını vurğulayıb.

Daha öncə qarşıdakı dünya çempionatından kənarda qalacağı dəqiqləşən Kamavinqanın "Real"dan ayrılacağı ilə bağlı məlumatlar dərc edilib. Onun adı Dortmund "Borussiya"sı ilə də yanaşı çəkilir.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
fanat.az

2Mənbələr