AZ

Azərbaycan Omanla iqtisadi münasibətləri müzakirə edib

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan və Oman Sultanlığı arasında iitərəfli iqtisadi münasibətlər müzakirə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Dr. Xəlfan Əl-Şuaili ilə görüş keçirilib.

"İkitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti, biznes əlaqələrinin şaxələndirilməsi imkanlarından istifadə, ticarət, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin təşviqi, potensial layihələrdə iştirak barədə fikirlərimizi bölüşdük", - deyə M. Cabbarov bildirib..

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
baku.ws

4Mənbələr