UVB-76 kimi tanınan və "Qiyamət günü radiosu" adlandırılan radiostansiya yenidən sirli mesaj yayımlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "UVB-76 logs" teleqram kanalı məlumat paylaşıb.
Məlumata görə, radiostansiya mayın 20-də efirə çıxaraq "leşoteyn" sözünü səsləndirib. Mesajın mənası və kimə ünvanlandığı isə məlum deyil.
Qeyd edək ki, UVB-76 radiostansiyası 1970-ci illərdən etibarən 4625 kHz tezliyində yayımlanır. Stansiya əsasən monoton səs və siqnallarla efirdə olur. Bu səbəbdən radio həvəskarları arasında ona "vızıldayan radio" adı verilib.
Radiostansiya vaxtaşırı müxtəlif anlaşılmaz sözlər və mesajlar səsləndirir. Sonuncu dəfə mayın 19-da efirdə "buntodom", "rubidiy" və "postomari" sözləri eşidilmişdi.