AZ

Ərini polisə verən qadın məhkəmədə bağışladı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda 38 yaşlı kişi arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı mənzildə baş verib. Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Bəhram həmin gün saat 22:20-də arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı o, arvadının baş, sol və sağ qol nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O. əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib. Zərərçəkmiş də ifadəsində əri ilə barışdığını, ona qarşı şikayətinin olmadığını göstərib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr