AZ

Türkiyədə həbs edilən azərbaycanlı ölkəyə gətirildi


İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin bu gün Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib.
Yeniavaz.com
nazirliyə istinadən xəbər verir ki, 2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Babayev Səbutər Adil oğlunun yeri Türkiyədə müəyyən olunub və o həbs edilib.
“Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyənin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Seçilən
20
25
yeniavaz.com

10Mənbələr