AZ

Yeni yanaşmalar şəhərlərdə təhlükəsiz və iqlimə davamlı yaşayış mühitinin yaradılmasına kömək edir

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İqlimə uyğunlaşma, biomüxtəliflik və davamlı tikinti” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, sessiyada iqlim dəyişikliyinə uyğunlaşma sahəsində biomüxtəlifliyin qorunması, dayanıqlı tikinti və davamlı mənzil yanaşmalarının inteqrasiya olunmuş şəkildə tətbiqi müzakirə edilib.

Bildirilib ki, yeni yanaşmalar və müxtəlif həllər şəhərlərdə təbiətin qorunmasına, eləcə də təhlükəsiz və iqlimə davamlı yaşayış mühitinin yaradılmasına kömək edir.

Müzakirələr zamanı Latın Amerikası və Karib hövzəsi ölkələrinin təcrübələri təqdim olunub, həmçinin Arktika və yerli icmaların yanaşmalarına diqqət yetirilib.

Panel iştirakçıları yerli biliklərin, icma liderliyinin və konkret əraziyə uyğun həllərin dayanıqlı şəhər inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Sonda qeyd olunub ki, iqlim dəyişikliklərinə qarşı davamlı şəhərlərin formalaşdırılması üçün təbiət əsaslı yanaşmaların və yerli təcrübələrin geniş tətbiqi vacib əhəmiyyət daşıyır.

Seçilən
0
2
ikisahil.az

3Mənbələr