ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 may, AZƏRTAC
2024-cü ilin statistikasına görə, dünyada əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Onların 80 faizi birbaşa qlobal ÜDM-də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkop Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bankçılıq üçün yararlı bələdiyyələr, yaşanacaq şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, dünya iqlim riski ilə qarşı-qarşıyadır.
“Sərmayə üçün xüsusi tələblər ortaya qoyulmalıdır. Bütün şəhərlər necə inkişaf edir və bu risklər necə idarə olunur, biz bunu burada eşidəcəyik. İnfrastruktur xidmətləri üçün kifayət qədər böyük sərmayə lazımdır”, - deyə Valeri Levkop qeyd edib.
Foto: Samirə Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.