AZ

Son sutkada 26 ticarət gəmisi Hörmüz boğazından keçib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 26 ticarət gəmisinin keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri İİKK Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizlik nəzarəti altında boğazdan keçib.

“Son 24 saat ərzində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında 26 gəmi Hörmüz boğazından keçib”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik daha da artıb.

Məlumata görə, İranın müxtəlif şəhərlərinə hücumlar həyata keçirilib, SEPAH isə İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib.

Bundan başqa, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirildiyi bildirilib.

İran hakimiyyəti daha əvvəl Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verdiyini açıqlamışdı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
21
6
redaktor.az

10Mənbələr