AZ

SEPAH: Son sutka ərzində Hörmüzdən 26 gəmi keçib

Son sutka ərzində 26 ticarət gəmisi Hörmüz boğazından buraxılıb.

"Far.Az" xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Məlumata görə, bu gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və digər ticarət nəqliyyat vasitələri var. Qeyd olunur ki, İran Hərbi Dəniz Qüvvələri gəmilərin keçidini əlaqələndirib və təhlükəsizliyi təmin edib.

Daha əvvəl təxminən 4 milyon barel neft daşıyan Çinə məxsus "Yuan Gui Yang" və "Ocean Lily" adlı iki supertanker Hörmüz boğazından keçib.

Seçilən
15
1
far.az

10Mənbələr