

Müəllif
İlhamə Vəliqızı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiya keçirilir.Ulusum.az xəbər verir ki, sessiya BMT-nin UNDRR, UNEP, UNDP və UN-Habitat təşkilatlarının “City Resilience Global Programme” təşəbbüsü çərçivəsində təşkil olunub.Sessiyada şəhər dayanıqlılığı yanaşması əsasında risklərin azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma, böhranlara hazırlıq və bərpa mərhələlərinin mənzil siyasətlərinə inteqrasiyası məsələləri diqqət mərkəzində olacaq.Tədbirdə, həmçinin şəhər planlaşdırması, tikinti standartları, torpaq idarəçiliyi və maliyyələşmə mexanizmlərinin risklərə həssaslıq baxımından təkmilləşdirilməsi məsələləri müzakirə olunur.Tədbirin məqsədi şəhərlərdə mənzil sistemlərinin dayanıqlılığının gücləndirilməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT agentlikləri arasında sinerjinin artırılmasıdır.
Diqqət Çəkənlər
Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO
Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir
Tailand turistlər üçün vizasız qalma müddətini azaldır