AZ

Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb DEPUTAT FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – WUF-13 çərçivəsində media və jurnalistikanın müasir dövrdəki rolu da müzakirə olunan əsas mövzulardan biri olub.

İclaslarda iştirak edən Milli Məclisin deputatı Nigar Arpadarai Avtosfer.az-a açıqlamasında bildirib ki, forumun 4-cü günündə şəhərsalma sahəsində müxtəlif istiqamətlər üzrə geniş müzakirələr aparılır və bu kontekstdə medianın rolu xüsusi diqqət mərkəzindədir.

Onun sözlərinə görə, rəqəmsallaşma və sosial medianın sürətli inkişafı informasiya məkanında ciddi dəyişikliklər yaradıb. Əvvəllər ənənəvi medianın informasiya üzərində müəyyən üstünlüyü olsa da, hazırda məlumat axınının xarakteri dəyişib. Bununla yanaşı, real jurnalistikanın əhəmiyyəti daha da artıb.

Deputat xüsusilə saxta xəbərlərin və yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə peşəkar jurnalistikanın vacibliyini vurğulayıb. O qeyd edib ki, faktların araşdırılması, dəqiq məlumatların təqdim olunması və cəmiyyətin düzgün məlumatlandırılması media nümayəndələrinin əsas missiyalarından biridir.

Nigar Arpadarai bildirib ki, jurnalistikanın forması zamanla dəyişsə də, onun cəmiyyət üçün əhəmiyyəti azalmır, əksinə daha da güclənir. Deputat əlavə edib ki, şəhərsalma sahəsində jurnalistlərin rolu yalnız məlumat ötürməkdən ibarət deyil, həm də mövzuların cəmiyyətə düzgün təqdim olunmasına xidmət edir.

Onun fikrincə, xüsusilə iqlim riskləri, ekosistemlərin qorunması və iqtisadi çağırışlarla bağlı məlumatların operativ və düzgün şəkildə ictimaiyyətə çatdırılması böyük əhəmiyyət daşıyır. Deputat hesab edir ki, insanların vaxtında və düzgün məlumatlandırılması gələcək çağırışlara hazırlıq baxımından mühüm rol oynayır.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
avtosfer.az

1Mənbələr