AZ

“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramiz oğludur.

Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə ittiham edilir. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən həbs cəzası gözləyir.

Seçilən
4
11
publika.az

10Mənbələr