AZ

Acun Ilıcalı qızı Amerikada universitetdən məzun oldu - FOTOLAR

"TV8" kanalı və "Exxen" platformasının sahibi, iş adamı Acun Ilıcalı qızı Leyla Amerikada universitetdən məzun olub.

"Cebheinfo.az" xəbər verir ki, bu  barədə iş adamı özü sosial media hesabında paylaşım edib. 

"Əziz qızım, elə bil dünən səni qucağıma almışdım, bu gün isə universiteti bitirməyini qeyd etdik. Təhsilin boyunca, məndən fərqli olaraq, sən atanı hər zaman möhtəşəm uğurlarınla qürurlandırdın. Dünyanın o biri başında olsaq belə, bu xoşbəxt gündə səninlə birlikdə olmaq inanılmaz dərəcədə gözəl idi. Ümid edirəm ki, balaca bacılarına da eyni sevinc qismət olar!" deyə, Ilıcalı yazıb.

Məzun günündə Leylanın anası Zeynəb və bacısı Yasəmən də iştirak edib. (Axşam.az)

"Cebheinfo.az"

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr