AZ

Əraqçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı hələ dəqiqləşməyib

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Onun sözlərinə görə, mayın 26-da keçiriləcək iclas beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə həsr olunacaq və tədbirə hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Çin ev sahibliyi edəcək.

Bəqayi bildirib ki, xarici işlər nazirlərinin xüsusi görüşü planlaşdırılsa da, Əraqçinin sıx iş qrafiki səbəbindən iştirak məsələsi hələ yekunlaşdırılmayıb.

Məlumata görə, açıqlama parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xezrianın Əraqçinin Nyu-Yorka səfər edərək Fars körfəzi ölkələri ilə Hörmüz boğazı ətrafında danışıqlar aparacağı barədə iddialarından sonra verilib.

Xezrian mümkün səfəri tənqid edərək bildirib ki, belə bir görüşün Nyu-Yorkda keçirilməsi İranı “zəif vəziyyətə” sala bilər.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr