AZ

Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da saat 18:37 radələrində qeydə alınıb. Belə ki, 99-UF-442 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil öndə hərəkətdə olan “Geely” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Kadrlardan görünür ki, “Geely” sürücüsü piyada keçidinə yaxınlaşarkən hərəkəti dayandıraraq yolu keçmək istəyən piyadalara üstünlük verib. Bu vaxt arxadan gələn “Mercedes”in sürücüsü ara məsafəsini düzgün qiymətləndirmədiyi və piyada keçidinə yaxınlaşarkən sürəti azaltmadığı üçün qarşıdakı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamalıdır. Xüsusilə keçidlərdə dayanmış və ya dayanmağa hazırlaşan avtomobillərə vaxtında reaksiya verilməməsi belə toqquşmaların əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
avtosfer.az

1Mənbələr