AZ

Millət vəkili: Qarabağdakı layihələr dayanıqlı şəhərsalma üçün yeni model yaradır

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri müasir və dayanıqlı şəhərsalma üçün yeni model formalaşdırır.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, mənzilə çıxış dünyada ən ciddi çağırışlardan biridir və sürətli urbanizasiya, iqlim dəyişikliyi, artan tikinti xərcləri və infrastruktur üzərində təzyiqlər idarəetmə üçün yeni vəzifələr yaradır.

Nigar Məmmədova qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma layihələri bu sahədə mühüm təcrübə nümayiş etdirir.

Deputat bildirib ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri gələcəyin şəhərlərinin necə qurula biləcəyini göstərir.

O əlavə edib ki, Orta Dəhlizin inkişafı regionda yeni şəhər və iqtisadi transformasiya proseslərini sürətləndirir, ticarət imkanlarını genişləndirir və beynəlxalq əməkdaşlığı gücləndirir.

Nigar Məmmədovanın sözlərinə görə, parlamentlərin əsas missiyası dayanıqlı mənzil siyasəti üçün güclü hüquqi baza yaratmaq, inklüziv şəhər inkişafını təşviq etmək, sosial ədaləti qorumaq və ekoloji təhlükəsizliyi təmin edən qərarları dəstəkləməkdir.

O vurğulayıb ki, təhlükəsiz, əlçatan və dayanıqlı mənzil təmin olunduğu halda daha güclü iqtisadiyyat və daha sabit cəmiyyət qurmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
apa.az

3Mənbələr