AZ

Hörmüz açılmasa... BMT ərzaq böhranıyla bağlı xəbərdarlıq edir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hörmüz boğazının bağlı qalması qlobal ərzaq böhranına səbəb ola bilər. 

“AzPolitika” xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazındakı problemlər səbəbindən ciddi qlobal ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq edib.

Təşkilat qeyd edir ki, enerji və gübrə qiymətlərinin artması əkin sahələrinin və məhsuldarlığın azalmasına, əmtəə qiymətlərininsə artmasına və ərzaq inflyasiyasına səbəb olur.

Təşkilatın bəyanatında “Hörmüz boğazındakı gəmiçilik problemlərinin altı aydan bir ilə qədər müddətdə ciddi qlobal böhrana və ərzaq qiymətlərinin artmasına səbəb ola biləcək sistemli kənd təsərrüfatı-ərzaq şoku" yaratdığı qeyd olunub.

BMT təcili tədbirlərə çağırır. Buna alternativ ticarət yollarının tapılması, ixrac məhdudiyyətlərinin qaldırılması, humanitar yardımların qorunması və artan nəqliyyat xərclərinin yumşaldılması daxildir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr