AZ

Vahid Hacıyev: Məqsədimiz köçkünlərin inamla geri qayıda biləcəyi təhlükəsiz icmalar yaratmaqdır

Məqsədimiz yalnız fiziki sığınacaq rolunu oynayan evlər tikmək deyil, keçmiş məcburi köçkünlərin ləyaqətlə və inamla geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaqdır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında baş verən dağıntılar böyük faciənin nəticəsidir: “Dağıdılmış evlər və xarabalıqlar vaxtilə Şərqi Zəngəzurda inkişaf etmiş şəhərlərin, qəsəbələrin və kəndlərin son izləridir. Bu torpaqlarda insanlar sülh, ləyaqət və rifah içində yaşayırdılar. Lakin işğal bu həyatı faciəvi şəkildə dayandırdı, yüz minlərlə insanı öz doğma evlərindən didərgin saldı, ailələri parçaladı və genişmiqyaslı dağıntı və viranəlik yaratdı. Bu dağıntılar yalnız binalarla məhdudlaşmırdı. Bu, şəhər həyatının və yaşayış məskənlərinin məqsədli şəkildə məhv edilməsinin faciəvi nümunəsi idi. Bununla yanaşı, ciddi ekoloji tənəzzül vasitəsilə ekosid, eləcə də əsrlər boyu bu bölgələrin kimliyinin və kollektiv yaddaşının bir hissəsi olmuş tarixi, mədəni və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunan mədəni soyqırımı baş verdi”.

Xüsusi nümayəndə dağıntıdan sonrakı dirçəliş, əzabdan sonrakı dayanıqlılıq və viranəlikdən dayanıqlı inkişafa və regional bağlantılara doğru məqsədyönlü keçiddən danışıb: “Bütün bu ərazilər minalarla ciddi şəkildə çirkləndirilmişdi və bu, hazırda tikinti prosesində qarşılaşdığımız əsas problemlərdən biridir. Tikinti işlərinin bəzi sahələrdə ləngiməsinin əsas səbəblərindən biri də məhz budur”.

Seçilən
45
2
apa.az

3Mənbələr