"Mançester Siti"nin yarımmüdafiəçisi Antuan Semenyo İngiltərə və Qana yığmaları arasında seçim edərkən tarixi vətəninə üstünlük verməsinin səbəbini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Mənim atam və anam əsl qananılardır. Onlar heç vaxt İngiltərə barədə nəsə deməyiblər. Əlbəttə, mən İngiltərədə yaşayıram. Həmişə təxminən belə şeylər eşidirsən: "O, İngiltərəni təmsil etməlidir. Əslində, mən heç vaxt bu haqda nəsə danışmamışam. 19-20 yaşım olanda Qanadan mənimlə əlaqə saxladılar. Təbii ki, "yox" demək fikrində deyildim.
Qananın dünya çempionatında necə oynadığını görmək xüsusi bir şey idi. Anam, atam, əmilərim, bibilərim, əmim və bibim uşaqları - hamımız bir evə yığışır, birlikdə millinin oyunlarını izləyirdik. Qışqırır, bayram edir, emosional anlar yaşayırdıq. Bütün bunlar çox özəldir".
Nihat