AZ

Çin rus əsgərlərinə gizli təlim keçir - MƏXFİ SƏNƏD

Almaniyanın “Die Welt” qəzeti Avropa kəşfiyyat xidmətlərinin məxfi sənədlərinə istinadən xəbər verir ki, Çin ordusu öz ərazisində gizli şəkildə bir neçə yüz rus əsgərinə təlim keçib və onların bir hissəsinin daha sonra Ukraynaya göndərildiyi bildirilir.

News365.az “Die Welt”ə istinadən xəbər verir ki, məlumat iki ölkə liderləri Vladimir Putin və Si Cinpin arasında Pekində keçirilən zirvə görüşü fonunda ortaya çıxıb. Qəzetin məlumatına görə, 2025-ci ilin sonunda bir neçə yüz rus hərbçisi Çindəki altı fərqli hərbi bazada Xalq Azadlıq Ordusunun təlim proqramlarında iştirak edib.

Təlimlər pilotsuz uçuş sistemlərinin istifadəsi, dronlara qarşı elektron mübarizə vasitələri və müasir döyüş simulyasiyalarını əhatə edib. İştirakçılar müxtəlif rütbəli hərbçilərdən ibarət olub, onların arasında Rusiyanın elit “Rubicon” dron bölməsinin üzvlərinin də olduğu qeyd edilir.

Məlumata əsasən, təlimdən sonra onlarla hərbçi 2026-cı ilin əvvəlində Ukraynadakı döyüş əməliyyatlarına cəlb olunub, bəziləri isə komandanlıq vəzifələrində xidmət edib. Eyni zamanda Moskvanın ötən il gizli şəkildə təxminən 600 Çin hərbçisinə — əsasən zirehli qoşunlar, artilleriya, hərbi mühəndislik və hava hücumundan müdafiə sahələri üzrə — təlim keçdiyi də bildirilir.

Seçilən
0
3
news365.az

4Mənbələr