AZ

Hindistanlı nümayəndə: Şəhərsalma yaşıl və ictimai məkanların azalmasına səbəb olur

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 may, AZƏRTAC

Şəhərlərdə ictimai və yaşıl məkanların rolu çox vacibdir. Sürətli urbanizasiya ilə bu məkanların getdikcə azaldığını görürük. Halbuki onlar əvvəllər şəhər həyatının bir hissəsi idi və müxtəlif mədəniyyətlərdən olan insanların bir araya gəlib bayramlarını qeyd etdiyi, ünsiyyət qurduğu ortaq məkanlar rolunu oynayırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Hindistanın vətəndaş cəmiyyəti şəbəkəsi və qeyri-hökumət təşkilatının üzvü Ayşvara Gupta deyib.

O qeyd edib ki, hazırda şəhərlərdə daha çox infrastruktur və tikintiyə üstünlük verildiyi üçün ictimai məkanlar azalır. Eyni zamanda ekoloji baxımdan həssas ərazilərdə aparılan tikintilər nəticəsində yaşıl sahələr və su hövzələri də itirilməkdədir.

Müxbir - Fidan Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr