AZ

Psixoloqun əsərləri Uşaq Kitab Festivalında təqdim olundu FOTO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən 5-ci Uşaq Kitab Festivalında psixoloq Aygün Ələkbərlinin  "Elifcə küləkdən niyə qorxur?" və "Uşağı necə böyüdək?" kitablarının təqdimatı keçirilib. 

Milli.Az xəbər verir ki, kitablar festival iştirakçıları tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb. Uşaqların emosional inkişafı və onlara müasir baxışı ilə diqqət çəkən "Elifcə küləkdən niyə qorxur?" Azərbaycanda ilk dəfə olaraq psixoloji simvollar əsasında yazılmış nağıl kitabıdır.  Əsərdə uşağın qorxuları, narahatlıqları, özünəinamı, daxili dünyası bədii və həssas dillə təqdim olunur.

Müəllif uşaqlara hisslərini gizlətməyi deyil, onları anlamağı və qəbul etməyi aşılayır. Nağılların sonunda yer alan praktik suallar, nəfəs texnikaları və fərqindəlik məşqləri valideynlə uşağın daha sağlam və anlayışlı ünsiyyət qurmasına dəstək olur.

"Uşağı necə böyüdək?" kitabı isə valideynlər üçün sadə və anlaşıqlı dildə hazırlanmış praktik psixoloji vəsaitdir. Kitabda gündəlik həyatda uşaqlarda rast gəlinən davranış problemləri, emosional çətinliklər, adaptasiya prosesləri və müasir dövrün gətirdiyi psixoloji təsirlər geniş şəkildə izah olunur. Müəllif bu problemlərə müasir psixoloji yanaşmaları, oyun terapiyası, art terapiya və nağıl terapiyası kimi üsulları real nümunələrlə təqdim edir. Vəsait valideynlərə bugünün uşaqlarını daha doğru anlamağa və onların ehtiyaclarına həssas yanaşmağa kömək edən dəyərli bir bələdçi xarakteri daşıyır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
news.milli.az

1Mənbələr