Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
Türkiyə müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb.BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Müdafiə naziri Yaşar Gülər “EFES-2026” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü tədbirini izləmək üçün ölkəmizə gələn Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb”, - açıqlamada bildirilib.