AZ

Adiba Yunis: Bakıda öyrənilən yanaşmalar Pakistanda icma rifahına töhfə verə bilər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Bu sessiya çərçivəsində təşkil olunan pavilyonda keçirilən tədbir zamanı biz dayanıqlı şəhər mühitinin təmin edilməsində yeni strategiyalar və yanaşmalarla tanış olduq.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın nümayəndəsi Adiba Yunis deyib.

“Bakıda öyrəndiyimiz yanaşmaları Pakistanda yaşadığımız bölgədə icmalarımızın rifahının yaxşılaşması üçün tətbiq edə bilərik. WUF13 bizə fikir və təcrübə mübadiləsi aparmaq üçün gözəl fürsət yaradıb”,-deyə Adiba Yunis bildirib.

Müxbir - Fidan Əlizadə

Videoperator - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
azertag.az

3Mənbələr