AZ

Balıq kafesinə narşərab aparan sərnişin Rusiya gömrükçülərinin "tilovuna" düşdü...



Koltsovo hava limanının gömrük əməkdaşları 20 litr narşarab sousunu bəyan etmədən Bakıdan, guya qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən “əcnəbi” aşpazı saxlayıblar. Bu barədə Ural Gömrük Administrasiyasının mətbuat xidməti URA.RU-ya məlumat verib.

"Gömrük nəzarəti zonasının "yaşıl dəhlizində" müfəttişlər Azərbaycan paytaxtından gələn bir vətəndaşı saxlayıblar. Yoxlama zamanı ümumi çəkisi 21 kq-dan çox olan iki on litrlik plastik sous şüşəsi aşkar edilib", - deyə idarədən bildirilib.

Sərnişin isə Çitadakı bir kafedə aşpaz işlədiyini və balıq sousunu müəssisənin direktorunun xahişi ilə gətirdiyini deyib. Bildirib ki, narşərabı iş yerində istifadə üçün Bakı bazarından alıb və şəxsi istifadə üçün nəzərdə tutulmayan malların məcburi bəyannaməyə tabe olduğundan xəbərsiz olub.

İdxal olunan malın həcmini və qayda pozucusunun izahatlarını nəzərə alaraq, Koltsovo gömrük işçiləri ona qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi (malların bəyan edilməməsi) ilə inzibati iş açıblar. Bu maddəyə əsasən, cəza malın dəyərinin yarısından ikiqatına qədər cərimədir.

Beləliklə, Rusiyaya apardığı narşərab həmyerlimizə ikiqat qiymətə başa gəlib…

SAMİRƏ

Seçilən
30
baki-xeber.com

1Mənbələr