Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri beynəlxalq qurumun komitələrində çalışacaqlar.
Fanat.Az xəbər verir ki, məlumatı ATF-nin mətbuat xidməti yayıb.
Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-nin mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.
Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.