AZ

Qvardiola Türkiyə nəhəngini çalışdıra bilər

BAKI, 20 may. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu boş qalan baş məşqçi postu ilə bağlı sürpriz addım ata bilər.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”dən ayrılması gözlənilən Pep Qvardiolanı namizədlər siyahısına daxil edib.

Bildirilir ki, Superliqa təmsilçisi prezident seçkilərdən sonra bununla bağlı ciddi addım atmağa hazırlaşır.

Cari mövsümdə “Mançester Siti”də istənilən nəticələrin əldə olunmaması Qvardiolanın gələcəyini sual altına salıb. Onunla MLS-dən “İnter Mayami” və İtaliya millisinin də maraqlandığı iddia olunur.

Digər tərəfdən, “Mançester Siti”nin Qvardiolanın mümkün gedişi halında komandanı Enzo Mareskaya tapşırmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. O, bu müddətdə 6 Premyer Liqa, Çempionlar Liqası, FA Kuboku və bir sıra digər titullar qazanıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr