AZ

“Cənab Prezidentin mesajları yeni dünya siyasi nizamının reallıqlarına uyğundur” ŞƏRH EDİLDİ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında iştirakı zamanı verdiyi mesajlar Türk Dövlətləri Təşkilatının güclənməsinə və strateji baxımdan yeni dünya siyasi nizamında mövqeyinin möhkəmlənməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, digər türk dövlətlərindən fərqli olaraq Azərbaycan Türk Dövlətləri Təşkilatını geosiyasi mərkəz və hərbi təşkilat kimi görmək istəyir və bu müstəvidə cənab Prezidentin də mesajları çatdırıldı:

“Azərbaycan çalışır ki, Türk Dövlətləri Təşkilatını beynəlxalq güc mərkəzinə çevirsin və bu istiqamətdə Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Yəni Azərbaycan əlindən gələni edir və Prezidentin də bu istiqamətdə siyasi iradəsi mövcuddur.

İndi isə Qazaxıstanı, Özbəkistanı və Qırğızıstanı inandırmaq lazımdır ki, onlar da bu müstəvidə addımlar atsınlar. Xüsusilə müştərək hərbi ittifaqların yaradılması, hərbi təlimlərin keçirilməsi və ortaq təhlükələr qarşısında yeni bir hərbi qurumun yaradılması vacibdir.

Dövlət başçısı çalışır və mən düşünürəm ki, növbəti mərhələdə bu baş verəcək, hərbi ittifaq da yaranacaq. Türk Dövlətləri Təşkilatı geosiyasi bir mərkəzə çevriləcək və dünya ölkələri də bununla hesablaşacaqlar.

Perspektiv baxımından digər ölkələr də siyasi iradə ortaya qoymalıdırlar və Prezidentin mesajları yeni dünya siyasi nizamının reallıqlarına uyğun idi. Düşünürəm ki, təhlükəsizlik çağırışlarına digər türk dövlətləri də cavab verəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sia.az

2Mənbələr