AZ

ABŞ Pakistan vasitəsilə İrana təkliflərini göndərib

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ nümayəndələri İranla danışıqlarda çıxılmaz vəziyyət yarandığı bir dövrdə Pakistana müraciət ediblər.

Azpost.info bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” televiziya kanalı məlumat verib.

Mənbələrin məlumatına görə, Pakistana deyilib ki, ABŞ-ın müəyyən iqtisadi məsələlərdə güzəştə getmək və İrana qarşı sanksiyaları qismən yumşaltmağa razıdır.

Eyni zamanda, Vaşinqtonun Hörmüz boğazında nüvə proqramı və naviqasiya təhlükəsizliyi ilə bağlı daha sərt mövqe tutduğu bildirilir.

İran isə öz növbəsində ABŞ-ın gələcəkdə mümkün hücumlara qarşı zəmanətlərini qeyri-kafi hesab edir. ABŞ həmçinin İslamabada nüvə tələbləri və ya Hörmüz boğazındakı vəziyyətlə bağlı heç bir güzəşt olmayacağını açıq şəkildə bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının təcili, məhdud iştiraklı iclasını keçirib. Müzakirə zamanı hərbi komandanlıq və kəşfiyyat orqanlarının nümayəndələri dövlət başçısına İrana qarşı mümkün hücumlar üçün ətraflı ssenarilər təqdim ediblər.

Mənbələrə görə, Vaşinqton fasilə qərarının bombardman əməliyyatı üçün son hüquqi təsdiqdən əvvəl belə verildiyini etiraf edir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
azpost.info

2Mənbələr