Antalyada keçirilən Avropa çempionatında Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası 1/8 finala yüksəlib.
Fanat.Az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, klassik yay proqramı üzrə yarışan oxatanlar Moldova yığmasını 5:3 hesabı ilə üstələyib.
Azərbaycan təmsilçiləri sabah sözügedən mərhələdə Türkiyə millisi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Məhəmmədəli Əliyev və Fatimə Hüseynli mübarizə aparırlar.