Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Kodokan seminarında iştirak ediblər.
Apasport.az xəbər verir ki, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçib.
Tədris prosesinə Kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik edib.
Seminarın sonunda kata ekspertlərimiz itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.
Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulmuş proqramlar hesab olunur.
Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək