AZ

Paola Florio: Su ehtiyatlarının idarə olunmasında dövlət siyasət və güclü planlaşdırma həlledici rol oynayır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Su ehtiyatlarının idarə olunması sahəsində dövlət siyasətlərinin rolu xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Uruqvay Mənzil və Ərazi Planlaşdırılması Nazirliyinin Ərazi Planlaşdırması direktoru Paola Florio Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi" adlı müzakirələrdə bildirib.

Onun sözlərinə görə, suyun həm keyfiyyəti, həm də miqdarı dayanıqlı inkişaf və əhalinin rifahı baxımından əsas göstəricilərdən biridir.

Paola Florio vurğulayıb ki, Uruqvayda su ehtiyatlarına ərazi üzrə çıxışın təmin edilməsi və bu sahədə təhlükəsizlik məsələlərinin gücləndirilməsi məqsədilə kompleks və güclü planlaşdırma sistemi formalaşdırılıb. O qeyd edib ki, bu yanaşma ölkədə su resurslarının daha səmərəli idarə olunmasına imkan yaradır və şəhərsalma siyasətinə mühüm töhfə verir.

Müxbir-Vüqar Qurbanoğlu, Aydan Həsənli

Fotoqraf-Aydın Oqtayoğlu

Operator-Ələkbər Baxşıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
azertag.az

3Mənbələr