AZ

Umud Mirzəyev: Yaşıl və sirkulyar iqtisadiyyat gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də WUF13 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev əvvəlcə QHT Agentliyinə təşəkkür edib. Bildirilib ki, tədbir çərçivəsində müzakirə edilən mövzu - yaşıl və sirkulyar iqtisadiyyata keçid olduqca aktual və strateji əhəmiyyət daşıyır. Bu iki istiqamət gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir. Azərbaycan da bu sahədə mühüm addımlar atır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının yaradılması dayanıqlı inkişaf modelinin real nümunəsidir.

Ardınca Böyük Metropolislərin Dünya Assosiasiyasının Baş Katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez “Günəş enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov “Beton iqtisadiyyatı”ndan yaşıl urbanizasiya modelinə”, Xəzər Universitetinin Dünya iqtisadiyyatı üzrə doktorantı, araşdırmaçı-yazıçı Nik Nvolisa “Neftdən asılılıqdan sirkulyar dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl iqtisadiyyat yolu”, Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli isə “Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxış ediblər.

Tədbir spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
3
azertag.az

4Mənbələr