AZ

Pakistan təmsilçisi: Dayanıqlı şəhərlər üçün yaşıl enerji və yaşıl zonaların genişləndirilməsi əsas prioritet olmalıdır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Müasir şəhərsalma proseslərinə nəzər salsaq görərik ki, bu gün meqapolislər nəqliyyat sıxlığı, təhlükəsiz mənzil təminatı və yaşıl zonaların qorunması kimi çoxşaxəli çağırışlarla üz-üzədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakitan Gənclər Təşkilatının rəhbəri Sana Ullah Rathor bildirib.

O deyib: “Pakistan kontekstindən və xüsusilə öz doğma şəhərimdən danışmalı olsam, biz həm də kəskin hava çirkliliyi problemi ilə mübarizə aparırıq. Bundan əlavə, ölkəmiz tez-tez dağıdıcı daşqınlara və müxtəlif təbii fəlakətlərə məruz qalır. Bənzər iqlim böhranları dünyanın bir çox regionlarında da yaşanmaqdadır”.

Onun sözlərinə görə, bu fəsadların qarşısını almaq üçün qlobal miqyasda görülməli olan çox mühüm işlər var. Belə ki, ilk növbədə, dayanıqlı və təhlükəsiz mənzil təminatına, yaşıl enerjiyə keçidə, irimiqyaslı ağacəkmə kampaniyalarına və yaşıl zonaların genişləndirilməsinə çalışmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
azertag.az

2Mənbələr