AZ

"Amerika qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb" - AÇIQLAMA

"Amerika İran məsələsində öz məğlubiyyəti ilə barışmır. İran isə müharibənin birinci mərhələsindən qalib çıxıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə səsləndirdi.

"Amerika qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb. Amerika nə İranda rejimi dəyişə bilib, nə də İranı geri çəkilməyə məcbur edib, nə də onun nüvə proqramını nəzarət altına ala bilib.

Bütün bunlara baxmayaraq, Amerika israrlıdır ki, İrana qarşı müharibə aparsın. Xüsusilə də Amerika Prezidenti Donald Tramp və Konqresi tam təsir altında saxlayan İsrailin Baş naziri Benyamin Netanyahu israrlıdır ki, İranı dağıtsın. Amma buna müyəssər olmayacaqlar. Qələbə İranın olacaq", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr