Qazaxıstanın Manqistau vilayəti Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizinin sahilində "Qırmızı kitab"a düşmüş 35 ölü suiti aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, heyvan cəsədləri mayın 19-da bölgənin Tupkaraqan rayonunda, Fort-Şevçenko şəhəri və Bautino kəndi yaxınlığında tapılıb. Mütəxəssislər hadisə yerindən su nümunələri götürüblər.
Bu ilin əvvəlində də Qazaxıstanın Xəzər sahilində ölü suitilər tapılmışdı. Aprelin sonundan mayın ortalarına qədər təxminən 300 heyvan cəsədi aşkar edilmişdi.
Mayın 19-da Manqistau Regional Ekologiya Departamenti əvvəllər ölü heyvanların tapıldığı ərazilərdən götürülmüş su nümunələrində heç bir çirkləndirici maddənin olmadığını bildirib.
Bizim.Media