AZ

Mourinyodan sonra bunu bacaran ən gənc baş məşqçidir

"Arsenal"ın 44 yaşlı baş məşqçisi Mikel Arteta, 2005/2006 mövsümündə "Çelsi" ilə titul qazanan 43 yaşlı Joze Mourinyodan bəri İngiltərə Premyer Liqası titulunu qazanan ən gənc baş məşqçidir.

Bakıvaxtı.az İdman.Biz-ə istinadən bildirir ki, Artetanın rəhbərliyi altında "Arsenal" 22 illik fasiləyə son qoyaraq 2025/26 mövsümündə çempion titulu qazanıb. Bu barədə hesablamanı "Opta Sport" özünün Telegram kanalında paylaşıb.

Mayın 19-da "Arsenal", 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının çempion titulunu erkən qazanıb. "Arsenal" 22 ildən sonra ilk dəfə Premyer Liqa çempionu olub. Bu, Premyer Liqanın 37-ci turundan sonra baş verib. Bu turda "topçular" "Bernli"ni məğlubiyyətə uğradıblar, "Mançester Siti" isə "Bornmut"la 1-1 hesablı heç-heçə edib.

"Arsenal" 82 xal qazanaraq İngiltərə çempionu olub. "Mançester Siti" isə 37 oyundan sonra 78 xalla ikinci yerdədir. Xosep Qvardiolanın komandası riyazi olaraq titul qazanmaq şansını itirib.

Seçilən
5
4
bakivaxti.az

10Mənbələr